Qarabağda döyüşən fransalılar barədə istintaq başladı

Hazırda oxunan: Qarabağda döyüşən fransalılar barədə istintaq başladı

13360

Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.

Bzim.Media xəbər verir ki, “Dağlıq Qarabağ: Fransa tərəfindən açılan ilkin istintaq” adlı məqalənin müəllifi Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua bildirir ki, ötən ilin sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağ üzərində öz hüquqlarını bərpa etmək üçün hərbi əməliyatlara başlayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qarabağda döyüşən əsgərlərinə pul vermədi - FOTO


Savaş Minsk Qrupu və beynəlxalq hüququn himayəsi altında otuz illik nəticəsiz danışıqlardan sonra qaçılmaz olub.

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların gedişi ilə bağlı daim məlumatlandırıb.

S.Bussua təəssüf hissi ilə qeyd edir ki, erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün onlarla fransız müharibə ərazisinə yollanıb. Halbuki, onların bu hərəkəti tamamilə qanunsuzdur.

Ekspertin sözlərinə görə, Qarabağdakı separatçı rejimi müdafiə etmək və işğalçı orduya dəstək olmaq üçün yola çıxan fransızlar, əvvəlcə Ermənistan paytaxtında qəbul edilib, daha sonra isə müharibə əməliyyatlarının getdiyi ərazilərə çatdırılıb.

 

Əslində isə erməni tərəfi onları geri qaytarmalı və döyüş bölgəsinə buraxmamalı idi. Çünki həmin şəxslərin əksəriyyəti erməni əsilli olsalar da, Fransa vətəndaşlarıdırlar. Lakin onlar bunun əksini ediblər.


Məqalədə bildirilir ki, bu yaxınlarda Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb Fransa Prokurorluğuna müraciət edib.

Məhz Azərbaycanın səyi nəticəsində Fransaya qayıtdıqdan sonra potensial təhlükə mənbəyi olan vətəndaşlar barədə istintaq işləri başlanıb.

Hazırda Fransa sərhəd polisi Yerevandan gələn bütün sərnişinləri yoxlamadan keçirir və onları bölgədə qalma səbəbləri ilə əlaqədar sorğu-sual edir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin