FAKTİKİ HAVA: Qərb bölgəsinə güclü yağış yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Qərb bölgəsinə güclü yağış yağıb

133596

Günün ikinci yarısından başlayaraq Gəncə şəhəri və ətraf rayonlara güclü yağış yağıb, Goranboya dolu düşüb, bəzi kəndlərə sel gəlib, fəsadlar yaradıb.

Bizim.Media xəbər verir ki, hava şəraiti səbəbindən əsas fəsadlar Goranboy rayonunun Gürzalar və digər kəndlərində qeydə alınıb.

Belə ki, yağan güclü yağışdan sonra sel suları kəndin avtomobil yollarına, təsərrüfata zərər vurub. Bir neçə avtomobil sel sularına düşüb, zərər görüb.

Elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, Goranboy və Şəmkir rayonlarına dolu da yağıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin