Paytaxt və bölgələrdə səhər dumanlı hava müşahidə OLUNUB

Hazırda oxunan: Paytaxt və bölgələrdə səhər dumanlı hava müşahidə OLUNUB

133416

Bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olub. Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən aşağı enməsi, inversiya qatını əmələ gətirib. 

Naftalan, Ağdam, Şamaxı, Şabran, Tərtər, Yevlax, Beyləqan, Göyçay, Şəmkir, Biləsuvar, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin