Qaxda yeniyetmə qız gəmirici dərmanından ZƏHƏRLƏNDİ 

Hazırda oxunan: Qaxda yeniyetmə qız gəmirici dərmanından ZƏHƏRLƏNDİ 

133376

Qaxda 15 yaşlı qızın hansı dərmanı qəbul edərək zəhərləndiyi bəlli olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şotavar kənd sakini, 15 yaşlı Ayla  Məmmədova zəhərlənmə əlamətləri ilə yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

İlkin müayinə və baxışdan sonra bəlli olub ki, yeniyetmə qız gəmiriciləri məhv etmək üçün istifadə edilən dərman qəbul edib və bu səbəbdən də zəhərlənib.   

Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur. 

Aylanın hansı səbəbdən  gəmirici dərmanı qəbul etməsi isə araşdırmalardan sonra bəlli olacaq.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin