"Azad olunan ərazilərdə ən çox aşkarlanan PMN-Э minalarıdır".
Bizim.Media xəbər verir ki, bunu ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
O bildirib ki, həmin minalar Ermənistan istehsalıdır.
"Laçın rayonunda minalar aşkarlanıb və həmin sursatlar 2021-ci il istehsalıdır. Azad olunmuş ərazilərdə həmçinin, antenalı minalar da çox aşkarlanıb. Laçın şəhərində bu tip minalar da tapılıb. Laçın şəhərində həmçinin, əldə düzəltmə partlayıcı qurğular da aşkarlanıb", - deyə S.Poladov əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib.
Bizim.Media