Azərbaycanda “Ferrari”x9d avtomobillərin rəsmi dileri “AvtoLux Azerbaijan”x9d şirkəti satılan avtomobillərin sayını açıqlayıb.
Moderator.az xəbər verir ki, “Avtolux Azerbaijan”x9d şirkətinin direktoru İbrahim Əhmədov yeni “Ferrari 488 modelin”x9d təqdimatı zamanı bildirib ki, bu günə qədər şirkət tərəfindən 6 ədəd “Ferrari”x9d avtomobili satılıb.
Onun sözlərinə görə, Azərbaycanda “Ferrari”x9d avtomobillərin ilk rəsmi satış mərkəzi 2014-ci ildə açılıb:
“Bu günə qədər “Ferrari”x9d avtomobillərin rəsmi dileri üç “Ferrari 458”x9d, iki “Ferrari F12 Berlinetta”x9d və bir “Ferrari California”x9d modeli satılıb. Müştərilərimiz avtomobili seçərkən ən çox qırmızı rəngə üstünlük verirlər”x9d.
Qeyd edək ki, əfsanəvi, elit idman avtomobilləri sayılan “Ferrari”x9d maşınlarının qiyməti təxminən 250 000 avrodan başlayır.

































































































