Qubada 17 yaşlı qızın Qubadakı Regional Perinatal Mərkəzə doğuş məqsədilə müraciət etməsi barədə məlumat vermişdik. Artıq həmin faktla bağlı Xaçmaz poliş şöbəsində araşdırma başlayıb.
Ancaq polis şöbəsində fakta görə cinayət işinin açılması məqsədəuyğun hesab edilməyib.
DİN-nin Mətbuat Xidmətinin Quba regional bölməsinin əməkdaşı Xəyal Talıbov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Xaçmaz polis şöbəsinin istintaq bölməsində araşdırma aparılıb və hamiləliyin 16 yaşından sonra baş verməsi cinayət tərkibi yaratmır:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda daha bir yeniyetmə qız ANA OLACAQ
“Ona görə qanunamüvafiq olaraq cinayət işinin başlanılması rədd edilib. Hazırda faktla bağlı araşdşrma aparılır".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu