Ramil Usubov keçiriləcək sıra baxışının vaxtını dəyişdirdi...

Hazırda oxunan: Ramil Usubov keçiriləcək sıra baxışının vaxtını dəyişdirdi...

133289

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il aprelin 30-na Göyçay Rayon Polis Şöbəsində nəzərdə tutulmuş sıra baxışının vaxtı aprel ayının 29-na keçirilib.

Xatırladaq ki, həmin gün Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələri ilə yanaşı, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin