“Əsgər mina partlaması nəticəsində həlak olmayıb” - MN səbəbi açıqladı

Hazırda oxunan: “Əsgər mina partlaması nəticəsində həlak olmayıb” - MN səbəbi açıqladı

13323

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.

Bizim.Media-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

 

MÖVZU İLƏ BAĞLI:

Daha bir əsgər minaya düşərək şəhid oldu - FOTO


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!"

"Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”, - deyə məlumatda bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin