Döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi bəyanat yayıb.
Bizim.Media bildirir ki, bəyanatda yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının cəlb olunduğu qeyd edilir.
Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onun söndürülməsi, əsas etibarilə əl əməyindən istifadə edilməklə həyata keçirilir. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:16 / 26.10.2020
FHN Ermənistanın Daşkəsəndə törətdiyi meşə yanğını barədə açıqlama verdi
Hazırda oxunan: FHN Ermənistanın Daşkəsəndə törətdiyi meşə yanğını barədə açıqlama verdi
Hazırda oxunan: FHN Ermənistanın Daşkəsəndə törətdiyi meşə yanğını barədə açıqlama verdi
1332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.