Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Bizim.Media-ya bildirilib ki, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 27.04.2023
Tərtərdə törədilən qətllə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Tərtərdə törədilən qətllə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Tərtərdə törədilən qətllə bağlı RƏSMİ AÇIQLAMA
133150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.