Sudandan təxliyə edilən 26 vətəndaşımız ölkəyə GƏTİRİLDİ

Hazırda oxunan: Sudandan təxliyə edilən 26 vətəndaşımız ölkəyə GƏTİRİLDİ

133126

Sudandan təxliyə edilən 26 vətəndaşımız Azərbaycana gətirilib. 

Bizim.Media xəbər verir ki, onları gətirən təyyarə artıq Bakıya eniş edib. 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməsi və 26 nəfər Azərbaycan vətəndaşının üçüncü ölkənin vasitəçiliyi ilə təxliyə edilməsi ilə bağlı məlumat yaymışdı. 

Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda 500-dən çox ölü, yüzdən çox yaralı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin