Aprelin 21-də (bu gün) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin (ANGC), eləcə də Avropanın Yer Elmləri və Mühəndisləri Asossiasiyasının Azərbaycanda fəaliyyət göstərən bölməsinin birgə təşkilatçılığı ilə ADNSU-da Tələbələrin Beynəlxalq Konfransı öz işinə başlayıb. Konfransın uğurlu alınması üçün SOCAR, Bp, Schlumberger, Total, Statoil, Halliburton və ENGİE şirkətləri öz dəstəyini göstərir.
Qeyd edək ki, “Əla təhsil - neftçıxarmada müvəffəqiyyətin rəhnidir”x9d adı altında keçirilən konfransda Bolqarıstan, Türkiyə, Rusiya - Tümen, Ufa, Moskva universitetlərindən məruzəçilər qatılıblar. Konfransda, eləcə də ADNSU, BDU, BANM, Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitu, SOCAR “Neftqazelmitədqiqatlayihə”x9d İnstitutu və digər idarələrdən məruzəçilər iştirak edir. Konfransda ADNSU-nun Beynəlxalq məsələlər üzrə prorektoru Rafiq Camalov, Tədris İşləri üzrə prorektor Qasım Məmmədov, ADNSU ANGC-nin rəhbəri Bağır Bağırov və digər professor, müəllim və tələbələr iştirak ediblər. Konfransı Bp şirkətinin Azərbaycandakı vitse-prezidenti, ANGC-nin icraçı komitəsinin sədr müvini Greg Pley öz çıxışı ilə açıb. Sonra Bp-dən “Cənubi Xəzər Hövzəsinin çökməsi”x9d mövzusunda Nazim Abdullayev, ADNSU-dan “Azərbaycan neft və qaz tarixi”x9d mövzusunda Vüsalə Ağayeva, Bp-dən “Cənubi Xəzər hövzəsinin regional geologiyası”x9d mövzusunda Arzu Cavadova, BP-dən “Məhsuldar qatın akustik xüsusiyyətləri”x9d mövzusunda Həsən Əsgərov çıxış ediblər.
Konfransın rəsmi açılışının aprelin 21-də ADNSU-da keçirilməsinə baxmayaraq, dünən, aprelin 20-də iki qrup olmaqla Schlumberger və Halliburton şirkətlərinə 1 günlük səfər təşkil olunub. Bu səfərlər yeni istifadə olunan cihazlar və texnologiyalarla və alınan geoloji və geofiziki məlumatların təhlili üsulları ilə tanışlıq məqsədi daşıyıb.
Qeyd edək ki, konfransda səslənən məruzələr 4 seksiyaya bölünüb və iki gün ərzində davam edəcək. Bu müddət ərsində Universitetin miniroloji muzeyinə baxış nəzərdə tutulub. 1 saatlıq trematik seminar SHLUMBERGER şirkətinin işçisi Kamal Həsənov tərəfindən aparılacaq. Konfrans günlərində geniş sosial proqram nəzərdə tutulub. Belə ki, Azərbaycan Tarix Muzeyi, Xalça Muzeyi, İncəsənət Muzeyi, İçəri Şəhər ekskursiyası və Dənizdə gəmi ilə gəzinti keçirilməsi nəzərdə tutulub. Konfrans aprelin 23-də geoloji çöl ekskursiyada öz işini başa vuracaq. Münsiflər heyəti tərəfindən qeyd olunmuş yaxşı məruzələrin toplusunun kitab şəklində buraxılması nəzərdə tutulur.


































































































