Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir.
Birinci rübdə də bu istiqamətdə 155 monitorinq aparılıb.
Son 3 ayda həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 19-u oğlan, 17-si qız olmaqla 36 uşaq öz bioloji ailələrinə qaytarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 27.04.2023
3 ayda 28 uşaq övladlığa götürülüb
Hazırda oxunan: 3 ayda 28 uşaq övladlığa götürülüb
Hazırda oxunan: 3 ayda 28 uşaq övladlığa götürülüb
133058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.