“Heydər Əliyev ilində ağacəkmə kampaniyaları davam etdiriləcək” – Muxtar Babayev 

Hazırda oxunan: “Heydər Əliyev ilində ağacəkmə kampaniyaları davam etdiriləcək” – Muxtar Babayev 

133038

“Ağac əkmə aksiyasının keçirilməsi çox gözəl bir haldır. Gələcəkdə media nümayəndələrinin öz əlləri ilə əkdikləri ağaclar böyüyərək, bağ halına salınacaq və jurnalistlər burada istirahət edə biləcəklər”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səsləndirib. 

Ağacəkmə kampaniyasında iştirak edən nazir qlobal istiləşmənin fəsadlarından da söz açıb: 

“Son dövrlərdə qlobal istiləşməni və təbiətin zərər görməsini nəzərə alarsaq, bu cür ağacəkmə aksiyalarının keçirilməsi mühüm məsələdir”. 

Muxtar Babayev daha sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində bu cür ağacəkmə aksiyaları davam etdiriləcək. 

Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin