Moderator.az ”“ ın əməkdaşı “Qadın həyatı”x9d layihəsində bu dəfə daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizə Könülün həyat hekayəsindən danışacağıq.
Dostu Rusiyadan gəlmişdi...
2011 ”“ ci ildə xalam oğlu bir dostuyla bizə gəldi. Qonşu kəntdə yaşadığımıza görə, onun bizim kəndə nə üçün gəldiyi ilə maraqlandıq. Dedi ki, bir işimiz var idi, ona görə sizin kəndə gəlmişdik. Sonra mənə elçi gələndə bildim ki, xalam oğlu dostuna evlənməyə qız axtarırmış. Elə soraqlaşanda xalam oğlu deyib ki, mənim də xalam qızı var, onu da gör bəyənsəniz evlənin. Dostu Rusiyadan gəlmişdi. Təxminən on yaş fərqimiz var idi.
Doğrusu məni öz əmim oğlu sevirdi...
Evdən vermək istəmədilər. Doğrusu məni öz əmim oğlu sevirdi. Bir ”“ iki dəfə gəlib ”“ gedəndən sonra, xalam oğlunun da təkidi ilə məni oğlana verdilər. Nişanımız və ardıyca da toyumuz oldu. Mən həyat yoldaşımla yaşadığı Rusiyanın Samara şəhərinə qayıtdıq. Gəldim gördüm ki, burda həyat yoldaşım bir həyət evi kirayələyib. Bu kirayə evdə qardaşları, bacıları və bir neçə qohum - əqrabası yaşayır. Bir ay sakit yaşadıq. Ondan sonra yaşlı bacısı günümü qara elədi. Mənə dedi ki, ya məni qardaşına alırsan, ya da səni boşatdıracam. Mənim də qardaşım hələ təzə əsgərlikdən gəlmişdi. Buna sözsüz nə mənim ailəm, nə də mən razı deyildim.
Anam da dedi ki: “Öl, qal orda. Hara üstümə qayıdırsan...”x9d
Bütün bu hadisələr həyat yoldaşımın gözünün qabağında olurdu. O, da bacısına bata bilmirdi. Həyat yoldaşım taksis idi. Səhər çıxıb, axşam qayıdırdı. Təzə hamilə qalmışdım. Bir dəfə dava düşəndə, həyat yoldaşım məni döydü. Elə həmin hadisədən sonra uşağım da düşdü. Evimizə zəng vurub anama dedim ki, məni yola vermirlər. Anam da dedi ki: “Öl, qal orda. Hara üstümə qayıdırsan?!”x9d Bundan sonra əlim hər yerdən üzüldü.
Biz də inandıq və müstəntiqə yalan ifadə verdim...
Bir gün dava düşəndə, həyətə çıxıb bir butulka benzini üstümə töküb özümü yandırdım. Qonşular haya qaçaraq alovu söndürdülər. Xəstəxanada yatanda anama zəng elətdirdim anam gəldi. Bir neçə ay xəstəxanada yatdım. Həyat yoldaşım anama dedi ki: “Polisə deməsin ki, onu yola vermirik. Yoxsa, məni tutacaqlar. Hər köməklik edəcəm, bundan sonra hər şey yaxşı olacaq”x9d. Biz də inandıq və müstəntiqə yalan ifadə verdim.
Belə bədbəxt oldum...
Yanğından sonra əllərim, barmaqlarım yanmışdı. Anam məni də götürüb Azərbaycana qayıtdı. Bundan sonra həyat yoldaşım bir neçə dəfə zəng vursa da, sonra bu zənglər kəsildi. İndi qollarım yandığına görə, dirsəyim qatlanmır. Əməliyyat lazımdı. Buna da maddi imkanım çatmır. Belə bədbəxt oldum.
Vasif Əlihüseyn



























































































