Azərbaycan “əqli mülkiyyətin qorunması”na görə MDB-də ilk pillədə – RƏSMİ  

Hazırda oxunan: Azərbaycan “əqli mülkiyyətin qorunması”na görə MDB-də ilk pillədə – RƏSMİ  

132920

Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına əsasən Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlədirilməsində əhəmiyyətli rol oynayır. 

“132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022 Hesabatı”nda Azərbaycan "İnnovativ resurslar" alt indeksi üzrə reytinqdə 79-cu yeri tutur. “Tədqiqat və inkişaf” inteqral göstəricisində ölkəmiz mövqeyini yaxşılaşdıraraq 76-cı yerə yüksəlib”,- deyə K.İmanov bildirib. 
Agentlik sədri qeyd edib ki, 2022-ci ildə daha bir beynəlxalq təşkilat - “Mülkiyyət Hüquqları Alyansı” (“The Property Rights Alliance”) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən Hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və kraynanı (105) qabaqlayır. 

““Əqli mülkiyyət hüququ” qrupunda ölkəmiz Qazaxıstan (86), Moldova (90), Ermənistan (91), Ukrayna (93) və Gürcüstandan (112) irəlidədir, üstəlik “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur”- deyə K. İmanov vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin