Ermənilərin viran qoyduğu Başlıbelin BU GÜNÜ - FOTO

Hazırda oxunan: Ermənilərin viran qoyduğu Başlıbelin BU GÜNÜ - FOTO

132895

Təbiət möcüzəsi olan Kəlbəcər rayonunun ən səfalı guşələrindən biri Başlıbel kəndidir. Dəlidağın ətəyində, Başlıbel çayının sahilində yerləşən bu kəndin təbiəti ilin bütün fəsillərində gözəlliyi ilə seçilir. 

Bizim.Media xəbər verir ki, aprel ayının ikinci yarısı olmasına baxmayaraq, dağlar qoynunda yerləşən Başlıbelə bahar təzəcə gəlib. 

Bir yandan erməni vandallarının dağıdaraq viran qoyduğu kəndin ürək dağlayan görüntüləri kədər doğurursa, digər yandan ağ örpəyə bürünmüş Dəlidağ, təzəcə yaşıllaşmağa başlayan yaylaqlar, baş qaldıran dağ çiçəkləri, təbiətin sükutunu pozan çayın şırıltısı insanı valeh edir.
Çox keçməyəcək azadlığına qovuşmuş Başlıbel kəndi yenidən qurularaq 30 il əvvəlki xoşbəxt günlərinə qovuşacaq. Əminliklə demək olar ki, kənd dağ turizminin inkişaf etdiyi məkan kimi də şöhrət qazanacaq.

AZƏRTAC-ın bölgə müxbirinin Başlıbel kəndindən çəkdiyi görüntüləri təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin