"Azərkosmos" Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün danışıqlar aparır

Hazırda oxunan: "Azərkosmos" Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün danışıqlar aparır

132891

Son günlərdə mediada Azərbaycanın xarici ölkədən peyk alacağı barədə məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərkosmos"dan bildirilib. 

Qeyd olunub ki, məlumat auditoriyaya natamam, bəzən isə təhrif olunmuş formada çatdırılıb. 

"Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir. 

Eyni zamanda, peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir. 

Azərkosmos Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır. Bu, davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək", - qurumdan qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin