Dövlət vəsaitini mənimsəyən vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Dövlət vəsaitini mənimsəyən vəzifəli şəxs MƏHKƏMƏ QARŞISINDA

132890

Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbdə baş vermiş qanunsuzluqlar barədə cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

İstintaq zamanı Seymur Cəfərovun qeyd olunan məktəbin direktoru vəzifəsini icra etdiyi 2021-2022-ci illər ərzində xeyli miqdarda dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Cəfərova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 ( qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin