Qida blokunda nöqsanlara görə 6 məktəb rəhbərinə TÖHMƏT VERİLDİ

Hazırda oxunan: Qida blokunda nöqsanlara görə 6 məktəb rəhbərinə TÖHMƏT VERİLDİ

132887

Qida blokunda nöqsanlara görə 6 məktəbin rəhbərinə töhmət verilib, 168-nə isə xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib.

Nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görülüb. 

Eyni zamanda bildirilir ki, qeyd olunan məsələlərlə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən  araşdırma aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin