Şahdəniz yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 milyard kubmetr qaz hasil edilib. Əsrin müqaviləsi üzrə toplam 4.2 milyard barel neft hasil olunub. Həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 67 milyard dollar vəsait daxil olub.
Bizim.Media xəbər verir ki, bu fikirləri BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu rəqəmlərin, mənfəətdən əldə olunan gəlirlərin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyəti böyükdür:
"Bu gün Xəzərdə mövcud olan 8 platforma var. 9-cu da iyun ayında yekunlaşacaq. 8 platformada və Səngəçal terminalında dünyanın neft və qaz sahəsində ən son texnoloji avadanlıqlar mövcuddur".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 26.04.2023
Şahdəniz yatağı üzrə hasilatdan Neft Fonduna daxil olan VƏSAİT
Hazırda oxunan: Şahdəniz yatağı üzrə hasilatdan Neft Fonduna daxil olan VƏSAİT
Hazırda oxunan: Şahdəniz yatağı üzrə hasilatdan Neft Fonduna daxil olan VƏSAİT
132873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.