Lənkəranda 11 yaşlı qız qohumu tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Tütəpeştə kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə nənəsi ilə birgə yaşayan 11 yaşlı A.V. evdə tək qalan zaman 44 yaşlı qohumu onlara gələrək ona qarşı seksual xarakterli zorakılıq edib.
Qeyd edək ki, A.V.-nin anası Sumqayıt şəhərində yaşayır.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb:
“Müvafiq ekspertizalar təyin edilib. Bir nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:55 / 26.04.2023
11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi
Hazırda oxunan: 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi
Hazırda oxunan: 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi
132855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.