Tərtər rayonu ərazisində mina partlaması nəticəsində xəsarət alan şəxs əməliyyat olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, X.Babaşov Bərdə Mərkəzi Rayon xəstəxanasına sağ aşağı ətrafın açıq baldır oynağı səviyyəsində travmatik amputasiyası və hər iki ətrafın diz-bud nahiyəsində çoxsaylı kor qəlpə yarası diaqnozu ilə daxil olunub.
Həkimlər 33 yaşlı Babaşov Xəzər Tariyel oğlunun həyatı təhlükəni geridə qoyduğunu bildiriblər.
Həmçinin əlavə məlumata görə, Xəzər babaşovun ANAMA-da sürücü işlədiyi və Sumqayıt sakini olduğu da bildirilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 26.04.2023
Suqovuşanda minaya düşən şəxsin ayağı amputasiya EDİLDİ - FOTO
Hazırda oxunan: Suqovuşanda minaya düşən şəxsin ayağı amputasiya EDİLDİ - FOTO
Hazırda oxunan: Suqovuşanda minaya düşən şəxsin ayağı amputasiya EDİLDİ - FOTO
132841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.