Bakıda 12 saat yağan qar müəyyən mənada fövqəladə vəziyyət kimi qiymətləndirilməlidir.
Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.
O, qeyd edib ki, havanın qəfil kəskinləşəcəyi öncədən bəlli idi və BŞİH hər vəziyyətə hazır idi:
“Fevralın 24-ü gecə saatlarından BŞİH əməkdaşları, rayon icra hakimiyyətlərinin başçıları və aparatının işçiləri, kommunal sahədə çalışanlar səhərə kimi işlədilər. Onun nəticəsidir ki, 24-ü səhər saatlarında tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.
E.Əzizovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, uzun zamandan sonra Bakıda 12 saat dayanmadan qar yağdı və bəzi yerlər bir neçə dəfə təmizlənməli oldu:
“Təbii ki, biz öz zəif yerlərimizi də görürük, ancaq buna baxmayaraq, kommunal xidmətin işçiləri öz vəzifələrini yüksək səviyyədə yerinə yetirdilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:39 / 27.02.2021
Eldar Əzizov etiraf etdi: “Biz öz zəif yerlərimizi görürük”
Hazırda oxunan: Eldar Əzizov etiraf etdi: “Biz öz zəif yerlərimizi görürük”
Hazırda oxunan: Eldar Əzizov etiraf etdi: “Biz öz zəif yerlərimizi görürük”
13282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.