Aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:58 / 26.04.2023
Suqovuşanda mina partlaması ilə bağlı cinayət işi BAŞLANDI
Hazırda oxunan: Suqovuşanda mina partlaması ilə bağlı cinayət işi BAŞLANDI
Hazırda oxunan: Suqovuşanda mina partlaması ilə bağlı cinayət işi BAŞLANDI
132812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.