Gəncədə xəstəxanada baş verən yanğında bir nəfər ölüb.
Bizim.Media xəbər verir ki, yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib.
Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 60 yaşlı qadın həyatını itirib.
Qeyd edək ki, yanğın hadisəsi bu gün 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Bizim.Media