Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın itmiş əsərlərindən biri - “100 şair”x9d kitabı aşkar edilib.
Moderator.az akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Şəlalə Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”x9din arxivindəki materialları araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar edib.xa0
Həmin əlyazma sənədlərinin uzun illərdir itmiş “100 şair”x9d kitabının parçalanmış hissələri olduğu aydınlaşdırılıb.
Müxtəlif qovluqlarda saxlanılan bu qiymətli əlyazmalardan hələlik 50-yə yaxın şairin tərcümeyi-halı və şeirlərindən nümunələri toplayan tədqiqatçı hazırda onların ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya transfoneliterasiyası ilə məşğuldur.
Elmin Nuri































































































