Azərbaycanda ən çox istifadə olunan brauzerlər - SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən çox istifadə olunan brauzerlər - SİYAHI

132784

Mart ayında "Google Chrome" internet brauzeri azərbaycanlı istifadəçilər arasında populyarlığına görə liderliyini saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Global Stats" statistika mərkəzi yayıb.

Brauzerin yerli bazarda payı 76,33 faiz olub. Bu da fevral ayı ilə müqayisədə 1,85 faiz azdır.

"Safari" internet brauzerinin Azərbaycan bazarında payı 11,52 faiz səviyyəsində qalıb (1,65 faiz artım).

Hesabat dövründə "Samsung" internet brauzerinin payı 0,66 faiz artaraq 5,44 faiz olub.

Mart ayında "Opera" brauzerinin bazarda payında 0,52 faiz azalma qeydə alınaraq 2,65 faiz təşkil edib.

Azərbaycan bazarında digər internet brauzerlərinin ümumi payı 4,06 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin