Bayram günlərində 72 nəfər zəhərlənib - 1 nəfər ölüb 

Hazırda oxunan: Bayram günlərində 72 nəfər zəhərlənib - 1 nəfər ölüb 

132657

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib. 

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib.1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib. 
Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin