Fəzail İbrahimli: “Vicdanın dözmürsə, mandatını qoy, get”

Hazırda oxunan: Fəzail İbrahimli: “Vicdanın dözmürsə, mandatını qoy, get”

132639

“Vahid (deputat Vahid Əhmədov – red.) müəllim tələyə düşən oğlan deyil. Nə edirsə, bilərəkdən edir, nə danışırsa, bilərəkdən danışır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

Vitse-spiker qeyd edib ki, bu, təsadüfi hadisə deyil: 

“İnsanların heysiyyatına toxunmaq səlahiyyətini sizə kim verib? Deyirsən ki, buradakı 3 nəfərdən başqa hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Deyirsiz ki, dövlətin yanındasınız. Parlament də dövlətin bir qoludur. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə mandatını qoy, get. 
De ki, mən özümlə bacarmadım. Sizin maddi durumunuz hamıdan yaxşıdır. Vəzifəniz, statusunuz var. Adamdan soruşarlar, nə istəyirsən? Nədir səni qane etməyən? Azərbaycan parlamentində oturub, onun ünvanına bu cür ifadə işlədən hər bir kəs cəzasını almalıdır. O cümlədən, İntizam Komissiyasında bu məsələyə baxılmalıdır”.

Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. O isə cavabında həmişə dövlətinin yanında olduğunu, onun mövqeyini müdafiə etdiyini vurğulayıb.

Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin