Yaradıcılığının 30 illiyi, doğumununun 53 ili mübarək- POEZİYAZIMIN VÜQARI!

Hazırda oxunan: Yaradıcılığının 30 illiyi, doğumununun 53 ili mübarək- POEZİYAZIMIN VÜQARI!

132603
O, bir duyğu dənizidi. Sahillərində qəlbindən süzülüb gələn misralar qağayılarla bərabər o sahildən bu sahilə yan alır. Ruhunun daxilindən misralara hoparaq şeirlərə köçən bir qəlbin duyğu dənizidi o. Vətənini, elini, obasını, dövlətini sevən bir vətən övladıdır o. Odlar yurdu Azərbaycanın nəğməkar şairidir o. Bu dünyaya gələndə duymuşdu ki, şair olub insanlara mənəvi qida verəcək, insanlar onun poeziyasından bəhrələnək. Azərbaycanından ilham alaraq Güneyli-Quzeyli Azərbaycanın fəxrinə, sevimlisinə çevriləcək. O təkcə şair olmadı”¦ O bu gün filologiya elmləri doktoru, professordur, ədəbiyyatşünasdır, musiqişünasdır, jurnalistdir. Kövrək qəlbə malik olsa da, qələmi kəsərli, sözü kəsərlidi. Söhbət duyğu dənizinin yelkənlərində poeziya abidəsi ucaldan poeziya aşiqi, poeziya sərrafı Vüqar Əhməddən gedir. “Anam mənim”x9d poeması ilə ana varlığının ucalığını, əzəmətini, əvəzolunmazlığını tərənnüm etdi. Neçə-neçə analarını atan övladlar bu poemanı oxuduqdan sonra səhvlərini dərk edib yenidən analarına qayıtdılar. Vüqar da bir illər analı ömür yaşadı. Anasını itirəndən sonra təsəllisi yalnız analı xatirələri oldu. O illər necə də xoşbəxt idi, Vüqar. Dünyalar qədər sevdiyi bacısını itirəndə dünyası qaraldı, zərbə zərbə dalınca gəldi. Ancaq o qaranlıq dünyada həyat yoldaşı Səbinə xanım və övladları bir aydınlıq işığı yandırıb Vüqarı sakitləşdirdilər. Yaşadığı ağrıları, tökdüyü göz yaşlarını yazı masasının arxasına keçib misralara köçürdü. Bəzən özünə qapandı, bəzən telefon zənglərinə cavab vermədi. Ancaq”¦ dərk etdi ki, yox, o Azərbaycana, poeziyamıza, ədəbiyyatımıza lazımdı.


O, sadiq dostdu, dostluqda sadiqdi. Yalanı sevmir, riyakarlıqdan uzaqdı. Özü səmimi olduğundan qarşısındakından da səmimiyyət umur Vüqar. Sadəcə səmimiyyət”¦ Bəzən saxta dostlarla da rastlaşır. Ondan istifadə etmək üçün ətrafına toplaşırlar. Vüqar bilə-bilə bunu onların üzünə vurmur. Çünki Vüqar özü bir insanlıq rəmzidir. Hər kəsə kömək edib əl uzatmaq istəyir. Axı o əməli-saleh Allah adamıdır. Özünü poeziyada, nəğmələrdə, ədəbiyyatda tapdı Vüqar. Cənubi Azərbaycanda ən çox oxunan və dərc olunan şairlərimizdəndir Vüqar.


O, qayğıkeş valideyn, cəfakeş ata, sadiq ömür-gün yoldaşıdır. O, xalqının qəhrəman oğullarını sevən, dövlətçiliyimizə varlığı ilə xidmət edən azərbaycanlıdır. Hər yerdən ümidi kəsiləndə dualı əllərini Allaha uzadır. İmdad istəyir. Yaradan onun səsini tez eşidir. Axı o varlığı ilə Allaha bağlıdır. Yaxşı ki, sən varsan, ay Vüqar, bu dünyada.


Uğurların davamlı olsun, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın, poeziyamızın, nəğmələrimizin, elmimizin Vüqarı.

Alim Nəbioğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin