24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda nişan mərasimində 17 nəfər qidadan ZƏHƏRLƏNDİ
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
“7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Lənkəranda kütləvi zəhərlənmə olub. Bəliton kəndində ad günü, eyni zamanda nişan mərasiminə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. Nəticədə 17 nəfər zəhərlənib.
Bizim.Media