Oğuzun bu kəndində sakinlər su qıtlığı ilə üz-üzə qalıb - FOTO

Hazırda oxunan: Oğuzun bu kəndində sakinlər su qıtlığı ilə üz-üzə qalıb - FOTO

132308

İki min əhalisi olan Oğuzun Bucaq kəndinə bir neçə il öncə uzaq məsafədən su xətləri çəkilsə də hazırda acınacaqlı vəziyyət yaranıb. 

Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən bildirir ki, illər əvvəl yeni xəttin çəkilməsinə, kəndin su ilə təmin olunmasına  yerli camaat çox sevinə bilməyib.  Bir sözlə, sakinlərin sevinci uzun çəkməyib. 

Suyu görüb aydınlığa çıxdıqlarını düşünən sakinlər, qısa zamandan sonra yenidən quraqlığa qərq olublar.

Qarşıdan isti yay aylarının gəlişi sakinləri indidən narahat edir. Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirildi ki,  problemin həlli istiqamətində yaxın zamanlarda işlərə başlanılacaq. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin