İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay Moderator.az-a açıqlamasında maraqlı təkliflə çıxış edib. Politoloq çağdaş dünyamızın tələb və reallıqlarını nəzərə alaraq ölkəmizin beynəlxalq aləmdə daha qısa adla tanınmasının məqsədəuyğun olub-olmaması ilə bağlı məsələnin ictimai müzakirəyə çıxarılmasının faydalı olduğunu bildirib:
“Digər inkişaflı ölkələr kimi, ölkəmiz Azərbaycan Respublikasının da əlavə qısa rəsmi adının olması və Azəriyə (Azeria) olaraq tanınması necə olar?
Çex Respublikası hakimiyyəti 10 illik ictimai müzakirələrdən sonra ölkənin qısa rəsmi adını Çexiya elan ediblər. Bu? ona görə edilib ki, ölkənin adı bütün dünyada qarışdırılır, çətin işlənir, müxtəlif cür səslənir: Çex Respublikası, Çexiya Respublikası, Çexiya, Çex, Cesko, Zcesh. Bəzən də düşünürlər ki, bu adlar müxtəlif ölkələrdir. Bundan sonra Çex Respublikası-Czech Republic konkret rəsmi qısa adı Çexiya olacaq.
Yeni qısa ad eksport məhsullarının markalaşmasında, beynəlxalq idman, mədəni yarışlar və sairə tədbirlərdə istifadəsində rahatlıq yaradacaq. Necə ki, qısa Fransa, Suriya, Türkiyə, Rusiya, Georgia (Gürcüstan) adları kimi.
Belə bir sual bizim üçün də yarana bilir:
Görəsən, yaşadığımız dünya reallığı, rahat, sərfəli münasibətlər, əlaqələr və inkişafımız naminə ölkəmiz, Azərbaycan Respublikasının da əlavə qısa rəsmi adının olması və Azəriyə (Azeria) olaraq tanınmasına qərar versək, necə olar?
Söhbət dÅ«nyada rahat elaqə Å«çÅ«n tətbiq olunan ikinci, elave qısa addan gedir. Necə ki, Almaniyanın öz əsil rəsmi adı Deutschland-dır və bÅ«tÅ«n dÅ«nyada qisaca Germany yazılır. QÅ«rurla dediyimiz TÅ«rkiyə adı nədəndır? "Turk" sözÅ«nə mÅ«asir dÅ«nyaya uygun "iyə" əlavə ediblər və rahat da işlənir”x9d.
































































































