Biləsuvardakı qətllə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Biləsuvardakı qətllə bağlı rəsmi AÇIQLAMA

132276

Aprelin 23-ü saat 01 radələrində Biləsuvar rayon sakini 1986-ci il təvəllüdlü Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Biləsuvar rayon prokurorluğu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT


İlkin araşdırma zamanı  1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin