Ağstafadakı partlayışla bağlı cinayət işi açılıb

Hazırda oxunan: Ağstafadakı partlayışla bağlı cinayət işi açılıb

132268

Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağstafa rayon prokurorluğu məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada partlayışda ölənlərin kimliyi MÜƏYYƏNLƏŞDİ - YENİLƏNİB 


Məlumatda deyilir ki, aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. 

İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İbtidai istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin