3 ilə yaxındır komada olan Oqtay Gülalıyevin həyat yoldaşı Səhiyyə Nazirliyinə MÜRACİƏT etdi

Hazırda oxunan: 3 ilə yaxındır komada olan Oqtay Gülalıyevin həyat yoldaşı Səhiyyə Nazirliyinə MÜRACİƏT etdi

132211

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 3 ilə yaxındır koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ev şəraitində davam etdirilir. 

Oqtay Gülalıyevin səhhətində xeyli irəliləmə olsa da, hüquq müdafiəçisi nə danışır, nə də ayağa qalxa bilib. 

O, artıq xeyli müddətdir ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun tibb bacılarının nəzarəti altında evdə müalicə olunur. 

Həyat yoldaşı Firuzə Gülalıyeva Bizim.Media vasitəsilə hüquq mdafiəçisinin reablitasiyası və danışması üçün Səhiyyə Nazirliyindən kömək istəyib:

“Eyni qaydada yataq vəziyyətindədir. Geriləmə və ciddi irəliləmə də yoxdur. Hələki danışmr və ayağa qalxa bilmir. Sadəcə eşitməsi və az da olsa reaksiyaları var. Səhiyyə Nazirliyi dərmanlarının əksəriyyətini təmin etmir. Onunla bağlı çox əziyyət çəkirik. Psixoterapevt Oqtay bəyin durumuna baxdı. Məsləhət gördü ki, ona psixoloq və loqopet ayrılsın.

Səhiyyə Nazirliyi həmin mütəxəssislərin ayrılması üçün də vəd verib. Amma hələki xəbər yoxdu. Bilirsiz ki, Oqtay bəy 3 ilə yaxındır ki, yataq rejimindədir və hər şey asanlıqla getməyəcək. Psixoloq və loqopet lazımdır ki, onu danışdırsın. Ayağa qaldırılması üçün nə qurğu, nə də əlil arabası var”.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.

İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da Bakıda əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Orada da bir neçə əməliyyat olunduqdan sonra təkrar vətənə gətirilib. Hazırda ev şəraitində müalicəsi davam edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin