Akif Çovdarovun əmlakları ilə bağlı növbəti məhkəmənin vaxtı MƏLUM OLDU 

Hazırda oxunan: Akif Çovdarovun əmlakları ilə bağlı növbəti məhkəmənin vaxtı MƏLUM OLDU 

132199

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş protest və şikayətlə bağlı məhkəmənin vaxtı məlum olub. 

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun icraatına verilmiş işə aprelin 25-də baxılacaq. 

Qeyd edək ki, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 30 milyonluq əmlakın 13 milyon təşkil edən hissəsinin yenidən xüsusi müsadirə edilməsini istəyir. 

Azad olunan əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır. 

Bununla bağlı isə bazarın keçmiş sahibi Çingiz Əsədov kassasiya şikayəti verib. 
Məhkəmə şikayətlərə bir yerdə baxacaq. 

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb. 

2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin