Ekspertdən anti-terror əməliyyatlarının ANONSU – “Yaxın vaxtlarda...”

Hazırda oxunan: Ekspertdən anti-terror əməliyyatlarının ANONSU – “Yaxın vaxtlarda...”

132198

Ermənilər durmaq bilmir, Qarabağda təxribatçı əməllərini davam etdirilər. Aprelin 21-i səhər saatlarında Laçın rayonu ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub. 

Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiya sülhməramlılarının nəzarət zonasında çox sayda yaşayış məntəqələri var:

“Bu məntəqələr arasında əlaqə çox zaman torpaq yolla qurulur. Çox təəssüf ki, bu yollardan ermənilər daha çox silah sursat daşımaq üçün istifadə edirlər. Müdafiə Nazirliyinin yaydığı son görüntülər sübut edir ki, 30 ay əvvəl erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini götürən rus sülhməramlıları müəyyən ödənişlər qarşılığında kuryerlik etməkdədirlər. Bu da həm Azərbaycan, həm də beynəlxalq hüquq üçün qəbuledilməzdir.

Azərbaycan XİN və MN bunu dəfələrlə bəyan edib. Lakin, Ermənistan və Rusiya bizim haqlı tələblərimizə əməl etməkdən imtina edirlər və öz bədnam hərəkətlərində heç bir korreksiya etmirlər”.

Hərbi ekspert onu da əlavə etdi ki, belə olan vəziyyətdə Azərbaycanın öz ərazilərində növbəti antiterror əməliyyatı aparması üçün hüquqi əsas yaranır:

“10 noyabr Bəyanatına imza atan 3 tərəfdən 2-i öz imzasına hörmət etmirsə və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirsə, onda Azərbaycan da bu bəyanatdakı öhdəliklərindən imtina edə bilər. Əminəm ki, qeydə alınan son faktla bağlı, yəni gizli yollarla silah-sursat daşımalarının qarşısını almaq üçün Azərbaycan ən yaxın zamanda adekvat, təsirli və çox səmərəli addımlar atacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin