50 minə yaxın uşaq niyə təhsildən kənarda qalıb? – AÇIQLAMA

Hazırda oxunan: 50 minə yaxın uşaq niyə təhsildən kənarda qalıb? – AÇIQLAMA

132195

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların 75 faizi təhsildən kənarda qalıb.

Baxmayaraq ki, əlillik dərəcəsi olan uşaqların sosial müdafiəsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülüb, bununla belə sağlamlıq imkanı məhdud olan uşaqların çoxu təhsil hüququndan məhrumdur.

Mütəxəssislər bunu daha çox valideynlərin istəyi ilə izah edirlər. Yəni, əlil uşaqlarının oxumasına valideynlər çox az maraq göstərirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan  təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var:

“Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır. Qalanlarının isə təhsil almasında ümumiyyətlə valideynlər maraqlı deyillər. Xüsusi təhsil məktəblərinin fəaliyyəti haqqinda məlumatsız olan ailələr də var. Bu sahədə maariflənmə işləri çox az aparılır. Başqa bir səbəb isə distant təhsildəki problemlə bağlıdır. Halbuki, fiziki sağlamlığı məhdud olan uşaqlar evdən çox rahat təhsil ala bilərlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin