Cəlilabadda baş verən güclü küləyin fəsadları aradan qaldırılır.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xəttləri qırılıb, rayon mərkəzi də daxil olmaqla bir neçə kənd işıqsız qalıb.
Həmçinin güclü külək onlarla ağacı aşırıb.
Təbiət hadisəsi rayonun Göytəpə şəhərində də ciddi fəsadlar törədib. Belə ki, külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb, yol bağlanıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib.
Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır.
Elşən Feyzullayev.Bizim.Media, Cənub bürosu