“Otellər bir ayın qazancını 3-4 günə yığmaq üçün yarışa girirlər” – Deputatdan süni qiymət artımına ETİRAZ

Hazırda oxunan: “Otellər bir ayın qazancını 3-4 günə yığmaq üçün yarışa girirlər” – Deputatdan süni qiymət artımına ETİRAZ

132080

Ramazan bayramı ilə əlaqədar 4 gün qeyri-iş günüdür. Vətəndaşlar yazın gəlişi, havaların isinməsi ilə eyni vaxta düşən bu ilki bayramı fürsət bilib təbiət qoynuna can atırlar. Üstəlik, xaricə səfər imkanlarının məhdud olması da regionlara axını artırır. 

Bəs, bayram günlərində regionlardakı otel, mehmanxana və restoranlarda qiymətlər necədir?

Bizim.Media-nın araşdırmaları nəticəsində məlum oldu ki, tətillə bağlı regionlardakı xidmət obyektləri xidmətlərin çeşidi ilə yanaşı qiymətləri də artırıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Avropada istirahət günlərinin SAYI ARTDI – Biz nə vaxt həftədə 4 gün işləyə biləcəyik? 


Qabaqcadan verilən sifarişlərin çox olması ilə əlaqədar bölgələrdəki turizm obyektlərində qiymətlər 20 faizədək artıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, adətən bölgələrdə bahalıq daha çox Yeni il və Novruz bayramlarında qeydə alınır:

“Amma 4 günlük Ramazan bayramı da müəyyən bahaçılığa səbəb olub. Çünki, müəyyən insanlar xaricə gedə bilmədikləri üçün bölgələrə səfər edirlər. Təbii ki, tələb artdıqca xidmətlərin qiyməti də bahalaşır. Ona görə də bölgələrdəki turizm obyektləri qiymətlərə yenidə baxırlar”.

Millət vəkili Cavanşir Paşazadə isə bu əziz günlərdə süni qiymət artımına yaxşı baxmadığını bildirdi: 

“4 günlük bayram günlərində insanların çoxu rayonlara gedir. Çox təəssüf ki, bayram günlərində təkcə bazarlarda yox, otellərdə də qiymətlər qalxır. Sanki, insanlar 3-4 günə bir ayın qazancını əldə etmək üçün yarışa girirlər. Bu da təbii ki, düzgün məsələ deyil. Yaxşı olardı ki, bu məsələyə müəyyən yanaşma olsun. Otel və mehmanxanalarda, eləcə də restoranlarda süni qiymət artımının qarşısı alınsın. Bu işdə Dövlət Turizm Agentliyi müəyyən işlər apara bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin