Ermənipərəst senator Menendes niyə yenidən əl-ayağa düşüb? – Elman Nəsirovun ŞƏRHİ 

Hazırda oxunan: Ermənipərəst senator Menendes niyə yenidən əl-ayağa düşüb? – Elman Nəsirovun ŞƏRHİ 

132079

“Ermənipərəst Amerikalı senator Bob Menendes yenə ampluasındadır. Yenə də sıyırılıb ortaya düşüb. Yenə də hayların vayına hay veririr”.

Bunu Millət vəkili Elman Nəsirov ABŞ senatoru Bob Menendesin son çıxışlarını Bizim.Media-ya şərh edərkən deyib. 

O ələvə edib ki, adətən bu günlərdə, yəni  qondarma erməni soyqırımı ərəfəsində ABŞ-ın bir çox siyasətçiləri növbəyə düzülür, özlərini maddiyyatdan qaynaqlanan xislətlərini bir daha ortaya qoyurlar:

“Erməni diasporundan daha çox qonorar almaq üçün bu “siyasətçilər” istənilən böhtana, qarayaxmaya və yalançılığa gedirlər. Belə ermənipərəst konqresmenlərdən biri də Bob Menendesdir. Bu konqresmen haqqında Azərbaycan cəmiyyətində kifayət qədər məlumat var. O təpədən-dırnağadək erməni xislətlidir. Çünki, onun ermənilərdən təkcə çörəyi çıxmır, həm də Menendes erməni əlindən yemək yeyir. Çünki, xanımı ermənidir. Bobun Senata seçilməsində də erməni lobbisinin müstəsna rolu var”. 

Elman Nəsirovun sözlərinə görə, Menendes o kəslərdəndir ki, korporativ maraqlarına görə bütün zamanlarda anti-Azərbaycan mövqeyindən çıxış edib:

“Eyni zamanda, o qondarma erməni soyqırımı kampaniyasınının ABŞ-da və dünyada ən fəal təbliğatçılarındandır. Menendes həm də o kəslərdəndir ki, bir vaxtlar Qarabağın erməni icmasına Konqresdən əlahiddə olaraq maddi yardım edilməsi təşəbbüsü ilə çıxış edib, sonda buna nail olmuşdu.

44 günlük müharibədəki tarixi və böyük qələbəmizdən sonra Menendesin səsi və fəaliyyəti bir qədər zəifləyib. Amma iddialarından yenə əl çəkmir. Son günlər yenə fəallaşıb. Əminliklə deyə bilərəm ki, son 30 ildə bir çox ermənipərəst siyasətçilərin anti-Azərbaycan siyasəti iflasa uğradığı kimi Menendesin də son çabaları boşa çıxacaq və xalqımız, dövlətimiz daha böyük uğurlara imza atacaq”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin