Saatlıda kafedə BIÇAQLANMA

Hazırda oxunan: Saatlıda kafedə BIÇAQLANMA

132040

Saatlıda kafedə bıçaqlanma olub. 

Bizim.Media xəbər verir ki, hadisə Əlisoltanlı kəndində baş verib. 

Belə ki, 1986-cı il təvəllüdlü kənd sakini Məhərrəmov Baloğlan Vaqif oğlu yaşadıqları kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğlunun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla vuraraq ona qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası (nazik bağırsağın zədələnməsi), sol bazu, sağ qoluqaltı və sağ dirsək oynağının kəsilmiş yaraları xəsarətlərini yetirib. 

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində 19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin