Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir milyondan çox MÜRACİƏT EDİLİB 

Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir milyondan çox MÜRACİƏT EDİLİB 

132032

Bu dövrdə “e-sosial.az” portalından 2,5 milyon dəfə istifadə olunub. 

Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib. 

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 2023-cü ilin birinci rübü ərzində 1,2 milyon müraciət qeydə alınıb. 
Qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir və I rübdə Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə sorğu sayı 29,7 milyon olub. 

Son 3 ayda “e-sosial.az” portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 milyon 326 minə çatıb. Həmin dövrdə portaldan 2,5 milyon dəfə istifadə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin