\"Beynəlxalq Yer Günü” ilə bağlı kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO 

Hazırda oxunan: \"Beynəlxalq Yer Günü” ilə bağlı kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO 

131988

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 20-də Müşfiqabad qəsəbəsində “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. 

Bizim.Media xəbər verir ki, "Beynəlxalq Yer Günü”nə həsr edilən aksiya zamanı könüllülərin iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500-dən çox Eldar şamı və zeytun ağacı əkilib. 

“Beynəlxalq Yer Günü” 1970-ci ildən qeyd olunmağa başlayıb və ilk dəfə 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz mövqelərini ifadə edib. 2009-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, “Beynəlxalq Yer Günü” hər il aprelin 22-də qeyd olunur. 
Qeyd edək ki, bu il “Beynəlxalq Yer Günü” “Planetimizə investisiya edək” şüarı altında keçirilir. 

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin