Şabranda QƏZA: VAZ-2107 təcili yardım maşını ilə toqquşdu

Hazırda oxunan: Şabranda QƏZA: VAZ-2107 təcili yardım maşını ilə toqquşdu

131954

Bu gün Şabranda yol qəzası qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, Vaz-2107 markalı avtomaşın təcili yardım avtomobili ilə toqquşub. 

Təcili yardım maşınında olan xəstə Şabran şəhər sakini, 68 yaşlı Rəfi Hüsi oğlu Məmmədov Şabran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində keçinib. Onun infarkdan öldüyü bildirilir. 

Bu barədə məlumat Bizim.Media-ya Şabran rayon icra hakimiyyətindən verilib. 

Mərhumun təcili yardım avtomobili ilə xəstəxanaya gətirilərkən qəza nəticəsində ölməsi həqiqəti əks etdirmir. 

Qəzanın baş vermə səbəbləri araşdırılır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin