“Lütfi Zadə dünən mənə dedi ki...”x9d

Hazırda oxunan: “Lütfi Zadə dünən mənə dedi ki...”x9d

131801
“Lütfi Zadə ilə elə dünən danışdım. Səsi də çox gözəl gəlirdi. Özünü əla hiss edirdi. Ona dedim ki, on beş gün bundan qabaq danışdığın kimi deyilsən-indi çox yaxşısan”x9d.xa0

Bunu xa0Moderator.az saytına açıqlamasında dünyanın böyük alimlərindən biri olan Lütfi Zadənin elmi varisi, dünya çapında tanınan alim, professor Rafiq Əliyev bildirib. Onun sözlərinə görə Lütfi Zadə Rafiq Əliyevə yeni nəzəriyyə üzərində işləməyi təklif edib:

“Biz ötən il onunla “Zi ədədlər hesabı”x9d adlı kitab yazdıq. Yarısını mən yazdım, yarısını o. Beş gün bundan qabaq mənə məktub yolladı. Həmin məktubda yeni düşüncə tərzi olacaq U ədədlər sistemi haqqında kitab yazmağı təklif etdi. Zi ədədlər hesabında ədədin həm özü, həm də onun dürüstlük dərəcəsi göstərilir. Amma Zadənin bu dəfə təklif etdiyi “U ədədlər hesabı”x9d isə daha təkmil, daha qeyri-səlisdir. Burada ədədin həm özü, həm də adətən baş verəcək dürüstlük dərəcəsi əks olunacaq. Bütün bunlar onu göstərir ki, Zadə bu gün də iş başındadır, bu gün də yeni elmi ideyalar ətrfında düşünür. Bir ilə həmin kitabı bitirməyi düşünürük”x9d.

Qeyd edək ki, Azərbaycan əsilli alim Lütfi Zadə dünyanın ən böyük elm xadimlərindən biri sayılır. 95 yaşlı alim ABŞ-ın Berkli universitetinin ömürlük professorudur. Onun elmi irsinin varisi isə Azərbaycan alimi professor Rafiq Əliyevdir. R.Əliyev həm də Beynəlxalq Lütfi Zadə Mərkəzinin rəhbəridir.

Elmin Nurixa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin