Şəki DYP əməkdaşları yol kənarı kəndlərdə yaşayan sakinlərlə GÖRÜŞDÜ - FOTO 

Hazırda oxunan: Şəki DYP əməkdaşları yol kənarı kəndlərdə yaşayan sakinlərlə GÖRÜŞDÜ - FOTO 

131781

Yaxın günlərdə kənd təsərrüfatı işlərinin qızğın çağları başlayacaq. Odur ki, zəhmətkeşlərin əkin sahələrinə, yüklərin isə əkin sahələrindən daşınması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması vacib məsələdir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, vacib məsələ ilə əlaqədar Şəki DYP-nın əməkdaşı, polis baş leytenantı Tural Niftalıyev rayonun Şəki və Aran kənd sakinləri ilə maarifləndirici görüş keçirib.    

Qeyd olunub ki, yaz-yay mövsümündə mal-qaranın örüş sahələrinə ötürülməsi zamanı kənd sakinləri tərəfindən təhlükəsizlik qaydalarına riayət etməsi vacibdir.  

Mal-qaranın magistral yolların kənarına nəzarətsiz, səllim buraxılmasının yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa şərait yaradır.  

Görüşdə o da diqqətə çatdırılıb ki, kənd sakinləri mal-qaranı otlaq sahələrinə apararkən, heyvanları yeraltı keçidlərdən keçirməli və ya mal-qaranın ötürülməsinə dair digər tələblərə əməl etməlidirlər. Əks halda İnzibati Xətalar Məcəlləsinə əsasən sakinlər cərimələnəcək. Daha sonra, kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb. 
Tədbirin sonunda, kənd icra nümayəndəsi Müslüm Əliyev belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin